AZ

Vətəndaş nikahlarının qadağan olunmasi təklifinə ilahiyyatçılardan cavab (VİDEO)

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Vətəndaş nikahlarının qadağan olunmasi təklifinə ilahiyyatçılardan cavab (VİDEO)

Son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb.

2016-cı ildən bəri rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 200 minə yaxındır.

Millət vəkili Fəzai Ağamalı vətəndaş nikahlarının tam qadağan olunmasını təklif edir.

Millət vəkilinin sözlərinə görə, bölgələrdə qızların çoxu həddi buluğa çatmamış evləndirilir. Bu səbəbdən rəsmi nigaha girə bilmirlər. Qadın18 yaşı tamam olmamış artıq ana olur. Beləcə nigahdankənar doğulan uşaqların da sayı artır. Bu da ayrılma və boşanma dönəmində tərəflərə problem yaradır.

İlahiyyatçı Ağa Hacıbəyli müsəlman üçün dini nigahın vacib olduğunu bildirir. O, həmçinin qanunvericiliyə uyğun olaraq "rəsmi nikah da mütləqdir",- deyir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
185
27
Mənbələr
Şərh ()
Bağla