AZ

Paşinyan-kilsə qarşıdurmasında kim qalib gələcək? (ŞƏRH)

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Paşinyan-kilsə qarşıdurmasında kim qalib gələcək? (ŞƏRH)

"Paşinyan rəqiblərinə dirəniş göstərə biləcək. Ermənistanda kilsənin proseslərə həlledici təsiri mövcud deyil".

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev Ermənistanda durmadan artmaqda olan Paşinyan-kilsə qarşıdurmasını şərh edərkən deyib.

Ekspert bildirib ki, Paşinyan Ermənistanda legitim hakimiyyətə malik olsa da, erməni diasporu və erməni kilsəsi reallıqlarla barışmaq istəmir:

"Çünki onlar zaman-zaman böyük Ermənistan xülyası ilə yaşayıblar. Paşinyan isə yeni reallıqları qəbul edərək Azərbaycanla münasibətlərin normallaşmasında maraqlıdır. Ona görə də revanşistlər və kilsə onu qəbul etmir".

Lakin ekspertin fikrincə, bu qüvvələr arxasında elektoral baza demək olar ki, yoxdur:

"Paşinyan bilir ki, Türkiyə və Azərbaycanın təklif etdiyi əməkdaşlıq yolunu seçməsə Ermənistan daha böyük labirintə düşə bilər. Paşinyan kilsə tərəfindən böyük dirənişlə qarşılaşacağını da bilir. Lakin Paşinyanın iradəsi möhkəm olarsa, erməni kilsəsi, revanşist qüvvələr, lobbi və diasporanın nə qədər çabalamasına rəğmən bu il normallaşma prosesinin əldə edilməsi mümkün ola bilər.

Ermənistan ictimaiyyəti Paşinyanı dəstəkləyir, əksəriyyəti sülh və əməkdaşlıqda maraqlıdır. Ona görə də ermənilər əksəriyyətlə Paşinyanın timsalında pisin ən yaxşısına dəstək verir. Bu baxımdan, son dövrlər erməni kilsəsi daxilində də haçalanma var. Onlar əvvəlki tək mobil deyil. Geç-tez onlar da Azərbaycanın yaratdığı yeni reallığı qəbul etməli olacaqlar. Düzdür, revanşistlər Paşinyana qarşı sui-qəsd təşkil edə bilər. Amma onun qorunmasını təmin edə dövlətlər də var".

Qeyd edək ki, Paşinyanın Azərbaycanla sülhün əldə edilməsi istiqamətində atdığı və atmaq istədiyi addımlar son zamanlar revanşistlər və erməni kilsəsinin kəskin narazılığı ilə qarşılanır. Paşinyanın bu istiqamətdəki fəaliyyəti kilsəni də narahat edir. Bunun nəticəsidir ki, Paşinyanla kilsə arasında gərginlik günü-gündən artır.

Seçilən
64
50
Mənbələr
Şərh ()
Bağla