AZ

Blinkeni Çində belə qarşıladılar – TƏFƏRRÜAT

ABŞ dövlət katibi Antoni Blinken Çinə işgüzar səfərə gəlib və burada onu qırmızı xalçasız qarşılayıblar.

KONKRET.az xəbər verir ki, onun dövlət katibinin xarici işlər naziri Vanq Yi və Çin sədri Si Cinpinlə görüşəcəyi planlaşdırılır.

“Blinken Şanxay Hongqiao hava limanında qırmızı xalçasız qarşılandı”, – deyə PBS məlumat yayıb.

Dövlət Departamenti bəyan edib ki, Blinken Çinə səfəri zamanı Yaxın Şərqdəki vəziyyəti, eləcə də Rusiya Federasiyası ilə Çin arasındakı münasibətləri müzakirə etməyi planlaşdırır. Xüsusilə, o, Çin hakimiyyətini Rusiya hərbi sənaye kompleksinə dəstəyi azaltmağa çağırmaq niyyətindədir. Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkovun sözlərinə görə, ABŞ bu yolla Rusiya-Çin əlaqəsini pozmaq istəyir. Onun fikrincə, Pekin Vaşinqtonun yolu ilə getməyəcək.

Natiq Səlim,

KONKRET.az

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla