AZ

"Neftçilər" metrosu yaxınlığında yaşayış kompleksi inşa edən şirkətə protokol yazıldı - Cərimə gözləyir

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

"Qismət-M House" MMC barəsində inzibati protokol tərtib edilib.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1-ci (Yaşıllıqların götürülməsi qaydasının pozulmasına, yəni müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan və ya nəzərə alınmadan yaşıllıqların götürülməsi barədə qərarın qəbul edilməsinə görə fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər on beş min manat miqdarında cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

İş Nizami Rayon Məhkəməsinin hakimi Nəriman Mehdiyevin sədrliyi ilə araşdırılacaq.

 

Qeyd: MMC "Premium Park Neftçilər" adı altında "Neftçilər" metrostansiyasının yaxınlığında yaşayış kompleksi inşa edir.

 

Xəyal Quliyev

Tarix: 25 Aprel 2024, 08:01   
Seçilən
63
1
Mənbələr
Şərh ()
Bağla