AZ

ABŞ və Niger aprelin 25-də Amerika qoşunlarının ölkədən çıxarılmasını müzakirə edəcək

ABŞ və Niger nümayəndələri aprelin 25-də Niameydə görüş üçün bir araya gələcək, görüşün mövzusu Amerika qüvvələrinin Afrika ölkəsindən çıxarılması olacaq.

APA xəbər verir ki, bu barədə məlumat ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin yazılı açıqlamasında yer alıb.

Məlumatda bildirilir ki, görüşdə Amerika tərəfini ABŞ-nin Nigerdəki səfiri Ketlin Fitzibbon və ABŞ-ın Afrika Komandanlığının nümayəndəsi Ken Ekman təmsil edəcək.

Seçilən
87
11
Mənbələr
Şərh ()
Bağla