AZ

"Liverpul" onunla danışıqlara başladı

"Liverpul" "Feyenoord"un baş məşqçisi Arne Slotla danışıqlara başlayıb.

Bizim.Media "Sky Sports"a istinadən xəbər verir ki,  Mersisayd klubunun nümayəndələri artıq Rotterdama gedib və orada 45 yaşlı mütəxəssisə təklif edib.

İnsayder Pedro Almeydanın sözlərinə görə, "Feyenoord" məşqçi ilə əməkdaşlığa vaxtından əvvəl xitam vermək üçün "Liverpul"dan 10-15 milyon avro təzminat istəyir.

Xatırladaq ki, Mersisayd təmsilçisinin baş məşqçisi Yurgen Klopp bu mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb.

Bizim.Media

Seçilən
56
1
Mənbələr
Şərh ()
Bağla