London, 25 aprel, AZƏRTAC
Londonda Bukinqem sarayı ətrafında məşq edən süvari birliyindən beş atın qaçması nəticəsində dörd nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Britaniya ordusunun sözçüsü deyib. Bildirilib ki, atlar keçirilən adi hərbi təlim zamanı yandakı binanın tikintisindən gələn yüksək səslərdən qorxublar.
Sürətlə London küçələrində qaçan atlar xaosa səbəb olublar, onlar ikimərtəbəli avtobus və taksi də daxil olmaqla nəqliyyat vasitələri ilə toqquşublar.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London