AZ

Bakıda motosikletlə avtomobil toqquşub, gənc qız yaralanıb

Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə metronun “Həzi Aslanov” stansiyasının yanında qeydə alınıb.

Belə ki, motosikletlə avtomobilin toqquşması nəticəsində 2006-cı il təvəllüdlü Məmmədzadə Ayla Ələddin qızı sərnişin yaralanıb.

Xəsarət alan gənc qız təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Seçilən
159
50
Mənbələr
Şərh ()
Bağla