AZ

Yaşıl zonalardakı həyat həyəcan və depressiya riskini azaldır

Yaşıl

Bakı, 25 aprel, AZƏRTAC

Çindəki Huaçjun Elm və Texnologiyalar Universitetinin alimləri ətraf mühit və insanın psixoloji vəziyyəti arasında birbaşa qarşılıqlı əlaqəni müəyyən ediblər.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, alimlər Britaniya biobankın bazasında olan 409 min 556 insanın məlumatlarını təhlil ediblər.

Nəticələr göstərib ki, yaşıl zonalarda uzun müddət qalmaq depressiya və həyəcanın yaranma riskini azaldır. Alimlərin sözlərinə görə, daha əlverişli ekoloji mühit və təmiz hava böyük rol oynayır.

“Şəhər yaşıl zonalarının genişləndirilməsi psixoloji sağlamlığın möhkəmləndirilməsinə töhfə verə bilər”, – deyə elmi işin müəllifləri vurğulayıb.

 

Seçilən
152
2
Mənbələr
Şərh ()
Bağla