Bakı. Trend:
Serbiyanın paytaxtı Belqradda boks üzrə Avropa çempionatında 1/4final döyüşləri keçirilib.
Trend İdman.biz-əistinadən xəbər verir ki, bu mərhələdə rinqə çıxan Azərbaycanmillisinin daha 1 idmançısı qələbə qazanaraq yarımfinalayüksəlib.
63,5 kq Malik Həsənov üçüncü görüşündə Din Klensi (İrlandiya)ilə qarşılaşıb. Boksçumuz rəqibini hər 3 raundda məğlub edib.Həsənov yekunda Paris-2024 Yay Olimpiya Oyunlarının lisenziyaçısına5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. O,yarımfinalda moldovalı Alexandru Parasçivlə qüvvəsinisınayacaq.
Bununla da yarımfinala yüksələn boksçularımızın sayı 2-yə çatıb.Özləri üçün ən azı bürünc medalı təmin edən təmsilçilarımız bumərhələnin görüşlərinə aprelin 25-də çıxacaqlar.
Qeyd edək ki, bir gün öncə Alfonso Dominqes (92 kq) dəyarımfinalda iştirak hüququ qazanıb.