AZ

General Uilliyams: “NATO təlimləri Rusiyaya qarşı keçirilir”

“NATO ölkələrinin Avropada keçirilən yaz hərbi təlimləri əslində ruslara qarşı keçirilir”.

KONKRET.az xəbər verir ki, bu ifadəni general Darril Uilliyams “New York Times” qəzetinə müsahibəsində səsləndirib.

“İndi bu il biz əslində ruslara qarşı təlimlər keçiririk. Biz potensial rəqibimizlə mübarizə aparırıq”, – deyə Uilyams vurğulayıb.

Qeyd edək ki, General Darril Uilliyams ABŞ Ordusunun Avropadakı komandanıdır.

Yeri gəlmişkən, NATO-nun 2024-cü ilin yazında keçiriləcək hərbi təlimləri böyük güc münaqişəsinin ilk anlarını simulyasiya etmək üçün nəzərdə tutulub və Soyuq Müharibədən bəri ən böyük təlim olacaq.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, NATO-nun Rusiya sərhədləri yaxınlığında hərbi təlimləri mümkün hərbi insident riskini artırır.

Bu arada, Polşada NATO təlimi zamanı bir ispan əsgərin öldüyü məlum olub. Polşa Müdafiə Nazirliyi bunun qəza olduğunu bildirib.

Günel Mikayılova,

KONKRET.az

Seçilən
117
Mənbələr
Şərh ()
Bağla