"Milan"ın hücumçusu Olivye Jiru karyerasını ABŞ-də davam etdirəcək.
Sportinfo.az xəbər verir ki, fransalı "Los Anceles" ilə razılıq əldə edib.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
37 yaşlı forvard yaxın saatlarda MLS təmsilçisi ilə 2025-ci ilin sonuna kimi nəzərdə tutulan müqavilə imzalayacaq.
"Milan" Olivye Jirunu 2021-ci ilin yayında "Çelsi"dən transfer edib. Fransa millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 42 rəsmi matçda 15 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.