AZ

"Yuventus"un finaldakı rəqibi məlum oldu

İtaliya Kubokunda daha bir finalçı məlum olub.

Futbolpress.az xəbər verir ki, "Atalanta" yarımfinalda "Fiorentina"nı mübarizədən kənarlaşdırıb. Berqamo təmsilçisi iki oyunun nəticəsinə görə, "bənövşəyilər"i 4:2 hesabıyla məğlub edib.

"Atalanta"nın həlledici oyundakı rəqibi "Yuventus" olacaq.

İtaliya Kuboku
Yarımfinal mərhələsi, cavab oyunu

24 aprel

Atalanta - Fiorentina 4:1
Qollar:
T.Koopmeyners, 8, C.Skamakka, 75, A.Lukman, 90+5, M.Paşaliç, 90+8 - L.Martines Quarta, 68
Seçilən
108
Mənbələr
Şərh ()
Bağla