AZ

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Premyer

Bakı, 25 aprel, AZƏRTAC

İngiltərə Premyer Liqasında növbəti oyunlar keçirilib.

AZƏRTAC xəbər verir ki, çempionluq mübarizəsi aparan "Liverpul" xal itirib. Mersisayd təmsilçisi Liverpul derbisində "Everton"la qarşılaşıb. Görüş Yurgen Kloppun komandasının 0:2 hesablı məğlubiyyəti ilə bitib.

Günün digər oyunlarında "Bournmut" "Vulverhempton"u 1:0, "Kristal Pelas" "Nyukasl Yunayted"i 2:0, Mançester Yunayted" isə "Şeffild Yunayted"i 4:2 hesabı ilə məğlub edib.

Qeyd edək ki, bu nəticədən sonra "Liverpul" 74 xalla ikinci pillədə qalıb. Turnir cədvəlinə isə 77 xalla "Arsenal" başçılıq edir.

Seçilən
106
18
Mənbələr
Şərh ()
Bağla