Futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 29-cu turundan təxirə salınmış oyunlar keçirilir.
Arena.az xəbər verir ki, bu gün daha dörd belə qarşılaşma baş tutub.
“Vulverhempton” doğma meydanda “Bornmut”a minimal hesabla uduzub.
“Kristal Pelas” “Nyukasl”ı 2 cavabsız qolla yenib. Son oyunlarında uğursuz nəticələri ilə diqqət çəkən “Liverpul” bu dəfə də səfərdə “Everton”a uduzub.
Altı qolun qeydə alındığı “Mançester Yunayted” – “Şeffild Yunayted” matçında isə meydan sahibləri qələbə qazanıblar.
İngiltərə, Premyer Liqa
29-cu turun oyunları
23 aprel
Arsenal – Çelsi 5:0
Qollar: Trossard, 4. Uayt, 52; 70. Haverts, 57; 65.
24 aprel
Vulverhempton – Bornmut 0:1
Qol: Semenyo, 37.
Kristal Pelas – Nyukasl 2:0
Qollar: Mateta, 55; 88.
Everton – Liverpul 2:0
Qollar: Brentueyt, 27. Levin, 58.
Mançester Yunayted – Şeffild Yunayted 4:2
Qollar: Maquayr, 42. B.Fernandes, 61-pen; 81. Höylund, 85 – Boql, 35. Brereton Dias, 50.
25 aprel
23:00. Brayton – Mançester Siti