AZ

Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı

Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu rüşvətə görə həbs edilən Timur İvanovu nazir müavini vəzifəsindən uzaqlaşdırıb.

Publika.az xəbər verir ki, bu barədə TASS yazıb.

Xatırladaq ki, aprelin 23-də T.İvanov 1 milyon rubl rüşvət almaqda şübhəli bilinərək saxlanılıb. İttiham olunduğu maddəyə əsasən, onu 15 ilədək həbs cəzası gözləyir.

İvanov barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. O, iyunun 23-nə qədər istintaq təcridxanasında saxlanılacaq.

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla