AZ

"Ya İsrail "Avroviziya"dan, ya da "Avroviziya" Malmödən xaric ediləcək..."

"Müsabiqə təşkilatçıları İsrail təmsilçisinin tədbirdə iştirakının əleyhinə olan etirazların zorakılığa çevriləcəyindən ehtiyat edir..."
 
İsveş "Avroviziya" müsabiqəsinə hazırlaşır, 20 min adam şounu pozmağı vəd edib
 
Ötən il "Avroviziya" mahnı müsabiqəsində qalib gələn İsveç fəal şəkildə İsrail əleyhinə nümayışlərə hazırlaşır.
 
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
 
Böyük şou İsveçin Malmö şəhərində mayın 7-dən 11-dək keçiriləcək. İsveçin əhalisinin böyük hissəsinin müsəlmanlardan ibarət olan üçüncü şəhərində keçiriləcək müsabiqədə 100 min qonağın toplaşacağı gözlənilir. 
 
Müsabiqə təşkilatçıları İsrail təmsilçisi Eden Qolanın tədbirdə iştirakının əleyhinə etirazların zorakılığa çevriləcəyindən ehtiyat edir.
 
Artıq indidən, beynəlxalq festivalın başlanmasına iki həftə qalmış şəhərdə müsabiqənin rəsmi plakatlarını xatırladan bannerlər asılıb, amma "Avroviziya" sözü "soyqırım" sözü ilə əvəzlənib.
 
Həmçinin fələstinyönümlü etirazçılar "Ya İsrail "Avroviziya"dan, ya da "Avroviziya Malmödən xaric ediləcək" şüarları yazılan plakatlar asır.
 
Artan təhlükə ilə bağlı hakimiyyət gücləndirilmiş təhlükəsizlik tədbirləri görür.
 
O cümlədən Malmödə gözlənilən 89 ölkədən olan ziyarətçilər həm hava limanında, həm də şəhərdə istənilən ictimai obyektlərə girişi zamanı yoxlamadan keçməli olacaq. 
 
Bundan öncə "Malmönün Fələstin Assosiasiyası"nın nümayəndəsi Per-Ulof Karlsson SVT telekanalına müsahibəsində bəyan edib ki, İsrail əleyhinə etirazlarda ən azı 20 min adam iştirak edəcək.
 
"Ümid edirik ki, Danimarkadan çoxlu insan gələcək. Biz hesab edirik ki, İsrail də Rusiya kimi "Avroviziya"dan xaric edilməlidir", - Karlasson deyib.
 
Onun sözlərinə görə, iki kütləvi nümayiş planlaşdırılıb. Birinci nümayiş mayın 9-da, müsabiqənin ikinci yarımfinalı keçirilən gün, ikincisi isə final günü, mayın 11-də keçiriləcək.
 
Dekabr ayında Avropa Yayım İttifaqı (EBS) fələstinhönlü fəallara və bəzi ölkələrin İsrailin "Avroviziya-2024" müsabiqəsində iştirakına qadağa qoymaq çağırışı ilə müraciət edən yayım şirkətlərinə cavab verib. 
 
Çağırışçılar Qəzzada müharibə fonunda İsrailin boykot edilməsinə qoşulmağa çağırış edib. EBS vurğulayıb ki, İsrail müsabiqənin bütün qaydalarına uyğundur və 36 digər iştitakçılarla yanaşı müsabiqədə iştirak etmək hüququnu saxlayacaq.
 
Bu ərəfədə isə bəlli olub ki, İrlandiyanın yüzlərlə artisti ölkənin Bembi Taq ayamalı təmsilçisinə fələstinlilərin çağırışına qoşulmağa və müsabiqəni boykot etməyə çağırış edib.
Seçilən
92
Mənbələr
Şərh ()
Bağla