AZ

Çiyələyin inanılmaz faydaları...

Çiyələk yaz və yay mövsümünün ən sevilən meyvələrindəndir. Əsasən, may aylarında satışa çıxarılsa da qablaşdırılmış formada yazın ilk həftələrində mağazalarda görə bilərsiniz.

Yenisabah.az çiyələyin 10 faydasını təqdim edir:

1. Artıq yağları əridir

Çiyələyin tərkibindəki antosiyanin adlı qırmızı rəngli qarışıq maddələr insanın orqanizmindəki artıq yağlardan azad olmasına kömək edir. “Agriculture and Food Chemistry” jurnalında tərkibində antosiyanin maddəsi olan qida qəbulundan sonra ağır çəkili heyvanların çəkisində 24% azalma müşahidə olunduğu qeyd edilib.

2. Yaddaşı gücləndirir

Çiyələyin tərkibindəki antosiyanin, həmçinin 8 həftə ərzində yaddaşın 100% güclənməsinə kömək edir.

3. Daha az kalori

1 fincan çiyələkdə cəmi 54 kalori olur.

4. İltihabı azaldır

Çiyələk qanda iltihab nəticəsində artan C-reaktiv zülalın azalmasına kömək edir.

Qeyd edək ki, orqanizmdə iltihabi prosesin olub-olmamasını C-reaktiv zülalın miqdarına müvafiq olaraq təyin etmək mümkündür. Harvard məktəbinin apardığı araşdırmalara görə, gündə 16 və ya daha çox çiyələk yeyən qadınların qanında C-reaktiv zülalın 14 % azalmasına səbəb olur.

5. Ürək-damar xəstəliklərini azaldır

Çiyələyin tərkibindəki rəng və dadı təşkil edən flavonidlər ürək-damar xəstəlikləri ilə mübarizə aparmaqla bu xəstəliyə yoluxma riskini azaldır.

6. Sümükləri möhkəmləndirir

Çiyələk sümükləri qidalandıran kalium, K vitamini və maqneziumla zəngindir.

7. Qida borusu xərçəngindən qoruyur

Araşdırmalar göstərir ki, dondurulmuş və ya qurudulmuş çiyələk tozu qida borusu xərçəngindən qoruyur.

8. Erkən yaşlanmanın qarşısını alır

Tərkibinin B vitamin kompleksi ilə zəngin olması saç və dırnaqların sağlam uzanmasına kömək edir. Çiyələkdəki antioksidant ellagik turşu dərini daha elastik edərək erkən yaşlanmanın qarşısını alır.

9. Çəkini azaldır

Tərkibində çəkinin azalmasında böyük rolu olan və qan dövranını, oksigeni bərpa edən mürəkkəb nitrat var.

10. Gözlərə faydalıdır

Tibbin oftalmologiya sahəsi də sübut edir ki, gündə çox çiyələk yemək makula degenerasiyası riskini azaltmaqla yanaşı, zəif görmənin qarşını alır.


Telegram kanalımız
Seçilən
566
Mənbələr
Şərh ()
Bağla