AZ

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu barədə respublika Prezident Administrasiyasının rəhbəri Adrian Balutel özünün Telegram kanalında məlumat verib.

 

Sfera.az xəbər verir ki, Adrian Balutel petisiyanı təqdim edərkən konkret musiqiçilərin adını çəkməyib. Qrup üzvlərinin özləri ilə yanaşı, onların ən yaxın qohumları da Moldova vətəndaşlığını almaq istəyirlər. Balutsel həmçinin bildirib ki, ölkə sülhü müdafiə edənlərə daim kömək etməyə hazırdır.

 

Qeyd etdiyimiz kimi, Moldova vətəndaşlığı üçün təkcə musiqiçilərin özləri deyil, qrupun texniki heyəti və rəhbərlik nümayəndələri, eləcə də onların ailə üzvləri müraciət ediblər. Onların bəyanatları Moldova prezidenti Maya Sanduya göndəriləcək.

 

“Ölkəmiz sülh və qarşılıqlı anlaşma şəraitində yaşamaq istəyən bütün insanlara dost olub, belə də qalacaq. Kim sülh tərəfdarıdır və kim buna görə təqib olunursa, onlara əl uzatmağa hazırıq”- deyə Balutel bildirib.


Moldova Respublikası prezident administrasiyasının rəhbəri həmçinin vurğulayıb ki, “Bi-2” qrupuna qarşı təqiblər üzvlərinin Rusiyanın Ukraynadakı müharibəyə qarşı mövqe bildirməsindən sonra başlayıb. Musiqiçilərin özləri isə Şərqi Avropanın ən məşhur sənətçilərindəndirlər. Onların musiqisi həm gənclər, həm də yaşlı insanlar tərəfindən sevilir.

 

Balutel vətəndaşlıq üçün müraciətlərin prezident Maia Sanduya göndəriləcəyini, sənədlərə Moldova Respublikasının maraqları naminə vətəndaşlıq verilməsi proseduruna uyğun olaraq baxılacağını qeyd edib.

 

Öz növbəsində, “Bi-2”nin mətbuat xidmətinin rəhbəri İqor Rubinşteyn də Rusiya mətbuatına Moldova vətəndaşlığı üçün təkcə musiqiçilərin özlərinin deyil, qrupun texniki heyəti və rəhbərliyinin nümayəndələri, eləcə də onların ailə üzvlərinin müraciət etdiyini təsdiqləyib. Medianın yazdığına görə, hələlik, “Bi-2" rok qrupunun üç üzvü müraciət edib. Müraciət edənlər arasında solistlər Aleksandr Uman (Şura) və I Qor Bortnik (Leva) yoxdur.


Xatırladaq ki, 2024-cü il yanvarın sonunda “Bi-2” qrupu Taylandda saxlanılıb. Qrupun yeddi üzvündən hamısı: Şura (Aleksandr Uman) və Leva (Eqor Bortnik), həmçinin Andrey Zvonkov, Maks Lakmus, Boris Lifşits və Yan Nikolenko saxlanılıb.

 

Aysel

Sfera.az

Seçilən
82
Mənbələr
Şərh ()
Bağla