AZ

Bakıda avtomobilin vurduğu kişi ağır xəsarət alıb

Bakının Yasamal rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, metronun “İnşaatçılar” stansiyasının yanında avtomobil yolu keçən 1987-ci il təvəllüdlü Məmmədov Ramin Məzahir oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
82
50
Mənbələr
Şərh ()
Bağla