AZ

Dağıstanda qızılcaya yoluxma halları il ərzində xeyli artıb...

...Respublika Səhiyyə Nazirliyinin məlumatına görə, Dağıstanda 2023-cü ildə 4242 qızılcaya yoluxma halı qeydə alınıb. SİA bu barədə rus saytlarına istinad edir.

Respublika peyvənddən imtinaların beş il ərzində rekord sayda olduğunu qeyd edir.

Bir il əvvəl Dağıstanda yalnız 5 qızılca hadisəsi aşkar edilmişdisə, 2023-cü ildə yoluxmaların sayı 848 -ə qədər artıb.

Rospotrebnadzor ötən ilin aprel ayının ortalarından etibarən infeksiyaya yoluxma halları ilə bağlı rəsmi məlumatları dərc etməyi dayandırıb.

Amma buna baxmayaraq, cari statistika Səhiyyə naziri Tatyana Belyaevanın Respublika Xalq Məclisinin iclasında verdiyi hesabatdan məlum olub.

Belyayevanın sözlərinə görə, respublikada qızılcaya yoluxma hallarının kəskin artması peyvənddən imtinanın artması ilə bağlıdır.

Belə ki, peyvənddən imtina 2019-cu ildən onların sayını16 mindən 32 minə qədər artırıb.

Vəziyyəti dəyişmək üçün səhiyyə naziri hesab edir ki, təbliğat işlərinə din xadimlərinin nümayəndələrini cəlb etmək lazımdır.

Qeyd edilir ki, 2024-cü ilin əvvəlində qızılca xəstəliyinin təcrid olunmuş halları təkcə Dağıstanda deyil, həm də Şimali Qafqazın qonşu respublikalarında, eləcə də Rusiyanın cənub bölgələrində yerli epidemiyalar şəklini almaqdadır.

Nazlı

Seçilən
82
15
Mənbələr
Şərh ()
Bağla