AZ

Məhkəmə Kasparov, Qudkov, Çirikova və Tyutrini qiyabi həbs edib

...Sıktıvkar Şəhər Məhkəməsi şahmat üzrə keçmiş dünya çempionu Qarri Kasparov, keçmiş ekoloji fəal Yevgeniya Çirikova, siyasətçi Gennadi Qudkov və Azad Rusiya Forumunun həmtəsisçisi İvan Tyutrini qiyabi həbs edib. Onlar “terror cəmiyyəti yaratmaqda, ona rəhbərlik etməkdə, terror fəaliyyətini maliyyələşdirməkdə və onlara açıq şəkildə bəraət qazandırmaqda” ittiham olunurlar.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

Maraqlıdır ki, təfərrüatlar açıqlanmır; işin Rusiya Fderal Təhlükəsizlik Xidmətinin Komi Respublikası üzrə departamentinin materialları əsasında başlandığı məlumdur.

Qeyd edək ki, hər dörd siyasətçi Rusiyadan kənardadır və bu ilin fevralında Vilnüsdə keçirilən Azad Rusiya Forumunda iştirak ediblər.

Forum 2016-cı ildə Qarri Kasparov və İvan Tyutrin tərəfindən mühacirətdə olan Rusiya müxalifətini birləşdirən platforma kimi təsis edilib.

Fevral və mart aylarında hər dörd siyasətçi Rosfinmonitorinqin terrorçu və ekstremistlər siyahısına daxil edilib.

Həmçinin, dördü də Ədliyyə Nazirliyi tərəfindən xarici agentlər adlanan reyestrinə daxil edilib. Bir il əvvəl “Azad Rusiya” Forumu Baş Prokurorluq tərəfindən arzuolunmaz təşkilat kimi tanınıb.

Ağasəf Babayev

Seçilən
98
8
Mənbələr
Şərh ()
Bağla