AZ

Bayden 95 milyard dollarlıq Ukrayna-İsrail yardım paketini imzaladı

Ağ Evdə təşkil edilən mətbuat konfransında ABŞ prezidenti Co Bayden paketi imzalayaraq dərhal Ukraynaya yardım göndərməyə başlayacaqlarını bildirib.

News24.az xəbər verir ki, Bayden Amerikanın müttəfiqləri qədər güclü olduğunu və sözügedən xarici yardım paketi ilə Ukrayna, İsrail və Hind-Sakit Okean bölgəsinə (Tayvan) əhəmiyyətli yardım göndərəcəklərini bildirib.

Ukraynaya göndəriləcək silahların ABŞ-da istehsal edildiyini, bu səbəbdən Amerikanın müdafiə və silah sənayesinə ciddi töhfə verdiyini qeyd edən Bayden, Rusiyaya qarşı həm Ukraynanı, həm də Amerika istehsalçılarını dəstəklədiklərini bildirib.

Günek Məlikzadə


Seçilən
66
Mənbələr
Şərh ()
Bağla