AZ

Fələstinlilərdə meningit və hepatit C aşkarlandı

Nazirlikdən verilən açıqlamaya görə, kanalizasiya sularının daşması və içməli su çatışmazlığı səbəbindən İsrailin hücumları nəticəsində didərgin düşən fələstinlilər arasında tibbi problemlər yaranıb.

“Fələstinlilərdə çoxlu meningit və hepatit C halları aşkar edilib”, - deyə məlumatda deyilib.

News24.az xəbər verir ki, küçə və çadırlarda kanalizasiya sularının daşması və kifayət qədər içməli suyun olmaması nəticəsində bir çox epidemik xəstəliklərin yayıldığı və bu vəziyyətin xüsusilə uşaqların sağlamlığı üçün fəlakət təhlükəsi yaratdığı barədə xəbərdarlıq edilib.

Nazirliyin bəyanatında, müvafiq beynəlxalq və humanitar təşkilatları “dərhal və tez müdaxilə etməyə” çağırıb.

Günel Məlikzadə


Seçilən
83
Mənbələr
Şərh ()
Bağla