AZ

Qazaxlı futbol adamları sevinir

Bilindiyi kimi, aprelin 19-da Qazaxın işğal altında olan 4 kəndinin - Bağanis Ayrım,Aşağı Əskipara, Xeyrimli və QızılhacılınınAzərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edildi.

Görəsən, qazaxlı futbol adamları bu xəbəri necə qarşılayıb? Qazax futbolunun əfsanələrindən sayılan Səməd Qurbanov:
“Bir azərbaycanlı, həm də bir qazaxlı kimi sevincimin həddi-hüdudu yoxdu. Bütün Qazax əhli bu günü gözləyirdi. İllərdi həsrətindəydik. Cənab prezidentimizə təşəkkürümü bildirirəm. İnanıram ki, bu torpaqların işğaldan azad olunması futbol adamlarını da qürurlandırır. Həqiqətən böyük xəbərdi. Bir gülləsiz torpaqlarımız geri qayıdır. Belə xoş xəbərə sevinməmək mümkün deyil”.


Hazırda Region liqasında mübarizə aparan “Göyəzən”in baş məşqçisi Eldar Muradov da doğma torpaqlarının geri qaytarılmasına belə reaksiya verdi:
“Hamımız sevinc içindəyik. Bütün Qazax camaatı bu xəbəri eşidəndə sevindi. Həmçinin də biz futbol adamları. Allah cənab prezidentimizin canını sağ eləsin. Şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyirəm. Müharibəsiz, itkisiz bu torpaqlara qayıda bilməyimiz bizim üçün ən böyük hədiyyədi Hamının gözü aydın olsun. Mənim futbolçularimdan da ikisi məcburi köçkün həyatı sürürdü. Bu gün sevinə-sevinə mənə deyirlər ki “Elxan müəllim, biz daha qaçqın deyilik”. Dedim, əlbəttə, elədi. Sevinc elədi ki, adam söz tapıb deyə bilmir. Hər şey gözəldi. Qazaxda da hər kəs bir-birini təbrik edir. Sağ olsun dövlətimiz, yaşasın Azərbaycan xalqı!”


RÖYANƏ OĞUZ
Seçilən
54
Mənbələr
Şərh ()
Bağla