AZ

Baydenə saxtakarlığa istinad etmək lazımdır - AMİP-çidən sərt açıqlama

"Ermənistanın baş naziri N.Paşinyan yalançı erməni soyqırımı iddialarını dolayısı ilə inkar və bunun araşdırmalı olduğunu bəyan etdiyi halda ABŞ prezidenti Co Bayden və Fransa prezidenti Nikola Sarkozinin çıxışında24 apreli "erməni soyqırımı" ifadəsi işlətməsi bu uydurmanın Türkiyə və türk dünyasına siyasi təzyiq aləti kimi istifadə edilməsi cəhdinnbir daha sübutu oldu. "Soyqırım" termini siyasi deyil, hüquqi termindir və bunumötəbər və təkzib edilməz faktlarla sübut etmədən işlətmək beynəlxalq hüquqa ən böyük sayğısızlıqdır.Türkiyə dövləti ən yüksək səviyyələrdə dəfələrlə təklif edib ki, bütün arxivlər araşdırmaçılara açılsın, tədqiq edilsin, əsil həqiqət üzə çıxarılsın. Lakin illərdi ermənilər onun diaspor və lobbi mərkəzləri, dəstəkçiləri qondarma erməni soyqırım məsələsinin aydınlaşdırılmasından, hüquqi qiymət verilməsindən qaçır. Demək, böyük güclərə həqiqətə deyil, saxtakarlığa istinad etmək lazımdır və məqsədlərini bu çirkinlik vasitə ilə reallaşdırmağa ümid edirlər".

Bu barədə AzNews.az-a AMİP funksioneri Əli Orucov danışıb. Əli Orucov daha sonra deyib:

"Tarixi gerçəkliyi təhrif etməklə siyasi devident qazanmaq göründüyü kimi nə ermənilərə, nə də onun himayədarlaranına müəyəssər olmayıb. Əksinə belə qeyri obyektiv yanaşma xalqlar arasında ayrıcı xətti daha da dərinləşdirir, barışa, normallaşmaya ciddi əngəllər yaradır. Tarix ermənilərin türkə və azərbaycanlılara qarşı ermənilərin həyata keçirdiyi soyqırımı deportasiyası, vandalizmi unutmayıb və unutmaz. Və gec tez hər şeyin doğru düzgün qiymətini verəcək. Fransanın, ABŞın dinc xalqlara qarşı gerçəkləşdirdiyi əsil soyqırımın da haqq hesabını nə vaxtsa tarix soracaq. Lakin dünyada nizam intizamın, sülhün və təhlükəsizliyin, eləcə də demokratiyanın təminatçısı funksiyasını üzərinə götürən, BMT TŞ-nın 5 Daimi üzvləri olaraq ABŞ və Fransa dövlətinin rəhbərləri həssaslıq, barışdırıcılıq mövqeyindən çıxış etməli haqqı nahaqqa hansı maraqlar olursa olsun qurban verməməlidir. Daha məsuliyyətli olmalıdırlar. Onsuz da onların çıxışlarında işlətdikləri saxta erməni soyqırım" sözləri heç nəyi dəyişmir və heç nəyə də təsir göstərmir".

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla