AZ

162 saylı məktəbin daha bir uğuru – FOTOLAR

2023-2024-cü tədris ilinin buraxılış imtahanları yekunlaşdı. Dövlət İmtahan Mərkəzinin respublikamızın 30 şəhər və rayonunda təşkil etdiyi imtahanlarda ölkə üzrə 52 267 şagirdin iştirakı nəzərdə tutulurdu.

Bu il buraxılış imtahanları rekord nəticə ilə yadda qaldı. Belə ki ölkə üzrə 11-ci sinif buraxılış imtahanından 53 şagird maksimum 300 bal yığdı. Ötən il ölkə üzrə mümkün 300 balı yığan şagird qeydə alınmamışdı. Bu ilki nəticə DİM tarixində ilk idi. Həmçinin ölkə üzrə 200-dən çox bal toplayan şagirdlərin sayı da çoxdur.

İmtahanlarda iştirak edib uğurlu nəticə göstərənlər arasında Səbail rayonunda yerləşən Etibar Hüseynov adına 162 saylı orta məktəbin şagirdləri də var. Sözügedən məktəbin 11-ci sinif şagirdlərinin böyük qismi 200-dən artıq bal toplayıb yüksək nəticə əldə edən şagirdlərdir. Məktəbin şagirdləri arasında üç nəfər 287 və daha yüksək bal toplayıb.

162 saylı məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən Nərgiz Ələkbərova imtahanda yüksək bal toplayan şagirdlərlə görüş keçirib. Görüşdə Analoq.az saytının baş redaktoru Savalan Talıblı da iştirak edib .

Şagirdlərə uğurlar diləyən Nərgiz Ələkbərova onlara qarşıdakı qəbul imtahanlarında da uğurlu nəticə əldə etməyi arzulayıb.

Qeyd edək ki , Nərgiz Ələkbərova direktor səlahiyyətlərini müvəqqəti icra etdiyi qısa müddətdə məktəb idarəçiliyində müvəffəq nəticələr əldə etdiyinə görə bu günlərdə “Mətin” idman klubu tərəfindən Fəxri diplomla təltif edilib.

Seçilən
53
1
Mənbələr
Şərh ()
Bağla