AZ

"Mən Qurban Qurbanovun dediyindən daha artıq..." – SİRRİ BU İMİŞ!

“Qarabağ”ın müdafiəçisi Abbas Hüseynov üçün ötən mövsüm ürəkaçan keçmədi.

Arxa xətt oyunçusu qış fasiləsində aldığı zədə səbəbindən 11 ay yaşıl meydanlardan kənarda qalmalı oldu.

Bu müddətin yarısı 2022/23, digər yarısı isə 2023/24 sezonunun payına düşdü.

Ağır əməliyyat keçirən futbolçu yalnız bu mövsüm 12-ci turda sevimli peşəsinin başına qayıda bildi.

Və pis də qayıtmayıb.

Qısa müddətdə formasını geri qaytaran 28 yaşlı cinah oyunçusu artıq əsas heyət üzvünə çevrilməkdədir.

Əbəs deyil ki, son 9 matçdan 8-də Abbas meydanda olub.

Və bu matçlardan 7-ni əvəzedilmədən keçirib. O, hətta 1 qol, 2 asistlə yadda qalmağı da bacarıb.

Qısası, onun karyerasındakı 11 aylıq məcburi fasilə idman formasında o qədər də hiss olunmur.

Təcrübəli müdafiəçi bunun səbəbini belə əsaslandırıb:

“Özüm haqqında xoş sözlər demək, tərif səsləndirmək istəməzdim. Qurban müəllim hər zaman bildirir ki, formada olmaq üçün əziyyət çəkmək lazımdır.

Mən də çalışıram ki, onun dediyindən də artıq çalışım. Məncə, bu da əziyyətimin bəhrəsidir.

Buna görə Allahıma minnətdaram. O, verdi, mən də bundan istifadə etməyə çalışıram”.

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
79
Mənbələr
Şərh ()
Bağla