AZ

İranlı rep müğənnisinə edam cəzası

İranda nəşr olunan Shark qəzetinə danışan rep ifaçısı Tumac Salihinin vəkili Əmir Rəisiyan İsfahan İnqilab Məhkəməsinin Ali Məhkəmənin qərarını icra etmədiyini bildirib.

News24.az xəbər verir ki, Vəkil Reisiyan, “İsfahan İnqilab Məhkəməsinin 1-ci Şöbəsi misli görünməmiş bir addım atdı. Ali Məhkəmənin Tumac Salehi haqqında çıxardığı hökmü icra etmədi. Aşağı məhkəmənin müstəqilliyinə vurğu edərək, Tumac Salehini “yer üzündə fitnə-fəsad törətmək”də ittiham etdi. Onu ölümə məhkum etdi ki, bu da ən ağır cəzadır” dedi.

Qeyd edək ki, İranın məhkəmə orqanları hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Salihi nə etmişdi?


Xatırladaq ki, repçi Salihi 2022-ci ilin sentyabrında başlayan və Mahsa Eminin polis nəzarətində ölməsindən sonra təxminən 4 ay davam edən nümayişlər zamanı etirazlara qatılıb, aksiyaları dəstəkləyən açıqlamalar verib.

İran rəsmiləri daha sonra Salehinin ölkədən qaçmaq istəyərkən saxlanıldığını açıqlamışdı.

Günel Məlikzadə

Seçilən
80
7
Mənbələr
Şərh ()
Bağla