Gəncədə bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Sevinc qəsəbəsində qeydə alınıb.
1992-ci il təvəllüdlü Elyar Abbasov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Məlumata görə, E.Abbasov tanıdığı şəxs tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.