AZ

DOST Agentliyində Keniya nümayəndə heyəti ilə görüş olub

Qonaqlar 1 saylı DOST Mərkəzi ilə tanış olublar

 

Bakı, 24 aprel, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyində ölkəmizdə səfərdə olan Keniyanın Baş nazirinin müşaviri Karaqo Cozef Maquanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdən əvvəl qonaqlar 1 saylı DOST Mərkəzi, burada əhaliyə göstərilən xidmətlərlə tanış olublar.

Nümayəndə heyəti ilə görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov ölkəmizdə aparılan sosial islahatlar, DOST konsepsiyası barədə məlumat verib. Sosial sahədə icra olunan elektronlaşdırma proqramından, innovativ həllərin geniş tətbiqi istiqamətində görülən işlərdən bəhs edilib.

İki ölkə arasında əmək, məşğulluq, sosial müdafiə sahələrində də əməkdaşlığın qurularaq inkişaf etdirilməsi üçün potensial olduğu vurğulanıb.

K.C.Maqua Azərbaycana səfər etmələrindən məmnunluğunu bildirib, ölkəsinin sosial müdafiə sistemindəki yenilikləri qeyd edib. Bu sahədə ikitərəfli təcrübə mübadilələrinin önəmli ola biləcəyini diqqətə çatdırıb.

Görüşdə sosial sahədə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Seçilən
101
5
Mənbələr
Şərh ()
Bağla