AZ

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib


Lənkəran şəhərində 24 yaşlı Əhməd Salayev anasının xərçəng xəstəsi olmasını eşidib həyatına qəsd edib.

News24.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında dəniz kənarında baş verib.

Vətən müharibəsi iştirakçısı olan Ə.Salayev əvvələr Lənkəran RŞPŞ-də polis nəfəri kimi xidmət edib.

O, intizamlı əməkdaş kimi xarakterizə olunur. Ailə vəziyyəti ilə əlaqədar bir müddət əvvəl öz raportu əsasında Daxili İşlər Orqanlarından xaric edilib.

Araşdırma aparılır.

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.


Seçilən
37
29
Mənbələr
Şərh ()
Bağla