AZ

Rusiya ilə Ukrayna arasında uşaqlarla bağlı danışıqlar APARILIB

Rusiya ilə Ukrayna arasında uşaqlarla bağlı danışıqlar aparılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belova mətbuat konfransında məlumat verib. 

“Qətərin paytaxtı Dohada uşaqların ailələrinə qovuşması ilə bağlı Ukrayna tərəfi ilə danışıqlar baş tutub. Danışıqlar nəticəsində Ukraynada ailəsinə qovuşması lazım olan 29, Rusiyada isə ailəsinə qovuşması lazım olan 19 uşağın siyahıları müəyyən edilib”, - deyə Lvova-Belova qeyd edib.
O bildirib ki, il ərzində Qətərin vasitəçiliyi ilə ümumilikdə 33 uşaq ailələrinə qovuşub.

Bizim.Media

Seçilən
41
2
Mənbələr
Şərh ()
Bağla