AZ

Almaniyada ukraynalı qaçqın qızlar kar uşağı qaçıraraq döyüblər

Almaniyada dörd ukraynalı yeniyetmə qaçqın tərəfindən 13 yaşlı kar qızın döyülməsi ilə bağlı dəhşətli hadisə araşdırılır. SİA yerli mənbələrə istinadən xəbər verir ki, ötən şənbə günü, aprelin 20-də Drezden yaxınlığındakı Meissen şəhərində yerləşən parkda 12-17 yaşlı qızlar 13 yaşlı yerli sakinə hücum ediblər.

Nəşr bildirir ki, ukraynalı qadınlar öz həmyaşıdlarını tərk edilmiş fabrikin zirzəmisinə sürüyüb, orada onu bağlayıb və bir neçə saat döyüblər.

Qurban yalnız beş saatdan sonra qaça bilib.

Onun ifadəsindən məlum olub ki, işgəncə verənlər dəyənək və dəmir çubuqdan istifadə ediblər.

Polis təcavüzkarları tərk edilmiş bir evin yaxınlığında yaxalayıb.

Hadisəni şərh edən polis sözçüsü Marko Laske bildirib ki, qaçqınlar adam oğurluğu və hücumda ittiham olunurlar. Ehtimal olunur ki, təcavüzkarlar uşağa qarşı zorakılığı telefonla lentə ala bilərlər. Bild daha əvvəl yazıb ki, Almaniyada uşaqlar məktəblərdə zorakılığa görə kütləvi şəkildə İslamı qəbul etməyə başlayıblar.

Nazlı

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla