AZ

“Liverpul”un baş məşqçi axtarışı başa çatıb

“Liverpul” baş məşqçisi Yurgen Kloppu əvəz edəcək şəxsi açıqlayacaq.

Məlumata görə, İngiltərə klubu “Feyenoord”un baş məşqçisi Arni Slot ilə razılıq əldə edib. Uzun müddətdir Ruben Amorimlə danışıqlar aparan “Liverpul” müsbət nəticə əldə edə bilmədiyindən Slotla yola davam etmək qərarına gəlib.

İngiltərə mediası tərəflərin ilkin danışıqları yekunlaşdırdığını və razılıq əldə olunduğunu bildirib.
Qeyd edək ki, Arni Slot 2022/23 mövsümündə “Feyenoord”la həm Niderland Liqasının, həm də Niderland Kubokunun qalibi olub.

Seçilən
28
2
Mənbələr
Şərh ()
Bağla