“Birinci oyunun nəticəsi həm Qaranağa, həm bizə təsir etdi”.
İdman.biz xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Qarabağ”a 1:4 hesablı məğlubiyyətdən sonra təşkil olunan mətbuat konfransında deyib.
O bildirib ki, ikinci hissədə maraqlı məqamlar olub: “Bu oyunda əvvəlki oyunlarda çıxış etməyən futboçular meydana çıxdı”.
Qeyd edək ki, ilk qarşılaşmada da "Neftçi"yə 4:0 hesabı ilə qalib gələn "Qarabağ" finala yüksəlib.
Banuçiçək Hüseynli
İdman.biz