Avstraliyada kilsəyə hücumla bağlı istintaq çərçivəsində 7 nəfər saxlanılıb
BiG.AZ xəbər verir ki, Avstraliyanın Yeni Cənubi Uels (NSW) əyalət komissarının müavini Devid Hudson istintaqla bağlı açıqlamalar verib.
Sidneyin cənub-qərbindəki məhəllələrdə 400-dən çox polis məmuru ilə əməliyyat keçirildiyini bildirən Hudson, nəzarətə alınan 15-17 yaş arası 7 gəncin ifrat bir ideologiyadan təsirləndiyini iddia edib.
Hudson bildirib ki, saxlanılan şəxslər ictimaiyyət üçün təhlükə yaradır.
Yepiskop Mar Mari Emmanuel aprelin 15-də Sidneydəki Məsih The Good Shepherd Kilsəsində canlı yayımlanan xidmət zamanı hədəfə alınıb. Yepiskop və 3 nəfər yaralanıb.
Aprelin 16-da Yeni Cənubi Uelsin baş konsteblisi hücumun terror aktı kimi araşdırılacağını açıqlayıb.
Polis bəyan edib ki, aprelin 17-də hücumdan dərhal sonra kilsə ətrafına toplaşaraq problem yaradanlarla bağlı ilk həbs edilib, 19 yaşlı gənc isə evindən saxlanılıb.