AZ

Klubun bu vəziyyətdə olması həm bizi, həm də sizi məyus edir

Ölkə kubokunun yarımfinal mərhələsinin cavab görüşündə “Qəbələ” öz meydanında “Zirə”yə 0:2 hesabı ilə məğlub olub.

“Football-plus.az” xəbər verir ki, matçdan sonra “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Tsxadadzenin mətbuat konfransı keçirilib. Sizi gürcüstanlı mütəxəssisin fikirləri ilə tanış edirik:

“Hər şey göz qabağında idi. Layiq olan komanda qalib gəldi. Rəqib həm yaxşı oynadı, həm də xarakter göstərdi. "Zirə" hazırda yüksəliş dövründədi. Belə komanda yaratdığı üçün Rəşad Sadıqovu təbrik edirəm. Öz vəziyyətimizə isə təəssüflənirəm".

⁠- Premyer-liqanı tərk etmisiz, bu gün kubok da əldən getdi. Necə düşünürsünüz, premyer-liqadan düşməyi ləğv etmək olar?
- Deyiləcək sözüm yoxdu. Bu, mənim səlahiyyətlərimə daxil deyil. Mənim öz işim var. Belə durumda olmağımız əzabvericidi. Amma fakt faktlığında qalır. Görək nə baş verir.

- Feras Abu Akalla yolların ayrılmasının səbəbi nədi?
- Düşünmürəm ki, bu gün bizim problemimiz Ferasdı. Bundan daha qlobal problemlərimiz var. Səbəbini Ferasdan soruşun.

- Növbəti mövsümdə heyətin neçə faizi dəyişəcək?
- Mövsümün sonunu gözləyək. Klub rəhbərliyi ilə münasibətlərim yaxşıdı. Klubun bu vəziyyətdə olması həm bizi, həm də sizi məyus edir. Komanda sonuncu yerdədi, kubokda mübarizəni dayandırdı. Vəziyyət çətindi. Amma mənim həmişə devizim belə olub ki, komanda hansı vəziyyətdə olsa da, müqavilə şərtlərinə əməl etməlisən. Futbolçular da peşəkar olduqları üçün öz işlərini sona kimi görməlidi.

- Qalan 5 oyunun hamısında qələbə qazanıb rəqibinizin isə bütün matçlarda məğlub olacağına inanırsınız?
- "Kəpəz"in baş məşqçisi düzgün qeyd edib ki, hər kəs özünü fikirləşməlidi. Mən də o fikirdəyəm.
Seçilən
74
Mənbələr
Şərh ()
Bağla