AZ

Ürfan Abbasov “Qəbələ”də 300-cü oyununu keçirdi

Təcrübəli sol cinah müdafiəçisi Ürfan Abbasov uzun illərdir formasını geyindiyi “Qəbələ”nin heyətində 300-cü oyununu keçirib.

Arena.az xəbər verir ki, 32 yaşlı müdafiəçinin yubileyi Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab görüşünə təsadüf edib.

“Qırmızı-qara” formada keçirdiyi matçların sayında mütləq rekordçu olan Abbasov “Zirə” ilə görüşə start heyətində çıxıb. “Qəbələ”nin vitse-kapitanı 300 oyunda 6 qola imza atıb.

Bugünkü matç onun “qırmızı-qara” forma ilə kubokda 40-cı oyunu olub. Ürfan bu turnirdə 1 qola imza atıb. O, Premyer Liqada 243 (5 qol), avrokuboklarda 17 dəfə “Qəbələ”nin formasını geyinib.

Müdafiəçi 2012-ci il fevralın 21-də Premyer Liqanın “Xəzər Lənkəran”la ev matçında (2:1) debüt edib. O, 2019/2020 və 2020/2021 mövsümləri istisna olmaqla, həmin vaxtdan “Qəbələ”də çıxış edir.

Qeyd edək ki, Ürfan Abbasov “Qəbələ”də Premyer Liqanın iki gümüş (2016/2017, 2017/2018), üç bürünc (2013/2014, 2014/2015, 2015/2016) mükafatını qazanıb. O, həmçinin iki dəfə Azərbaycan kubokunun qalibi (2018/2019, 2022/2023), üç dəfə finalçısı (2013/2014, 2016/2017, 2017/2018) olub.

Seçilən
68
8
Mənbələr
Şərh ()
Bağla