AZ

Şimali Koreya İrana yüksək səviyyəli nümayəndə heyəti göndərib

Şimali Koreya COVID-19 epidemiyasından sonra ilk dəfə İrana yüksək səviyyəli nümayəndə heyəti göndərib.

BiG.AZ xəbər verir ki, Şimali Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) əsaslanan xəbərdə Şimali Koreyanın Xarici İqtisadi Əlaqələr naziri Yun Junq Honun başçılıq etdiyi Pxenyan heyətinin rəsmi səfər çərçivəsində İrana getdiyi bildirilib.

Xəbərdə Şimali Koreya lideri Kim Çen Inın diplomatik təcriddən çıxmaq üçün ABŞ-a qarşı olan ölkələrlə əməkdaşlığı inkişaf etdirməyə çalışdığı qeyd edilib.

Rusiyanın Ukraynaya qarşı müharibəsində Moskvaya dəstək verənlər arasında olan Pxenyan və Tehran hökumətləri də Rusiyaya texnika tədarük etməkdə günahlandırılıb.

Şimali Koreya öz yüksək vəzifəli məmurlarını sonuncu dəfə 2019-cu ilin avqustunda İrana göndərib.

Pxenyan, COVID-19 tədbirləri çərçivəsində sərhədlərini bağlayana qədər Tehranla diplomatik əlaqələri davam etdirdi.


BiG.Az
Seçilən
57
Mənbələr
Şərh ()
Bağla