AZ

Rusiya oğurladığı Ukrayna uşaqlarının bir hissəsini geri qaytaracaq

"Rusiya düşərgələrində balaca ukraynalılar siyasi cəhətdən yenidən tərbiyələndirilir..."
 
"Uşaqların deportasiyasının məqsədi Ukrayna kimliyini tamamilə məhv etməkdir..."
 
Haaqa tərəfindən axtarışda olan cinayətkar qadın oğurlanan ukraynalı uşaqların geri qaytarılmasından danışıb
 
Rusiya və Ukrayna ilk dəfə olaraq müharibənin ailələrindən ayrı saldığı uşaqların mübadiləsi barədə birbaşa razılıq əldə edib.
 
Moderator.az xəbər verir ki, bu barədə Rusiya prezidenti yanında Uşaq Hüquqları üzrə Müvəkkil Mariya Lvova-Belova Dohada mətbuat konfransında məlumat verib. Məlumatı "forbes.ru" nəşri yayıb.
 
Onun sözlərinə görə, danışıqlar Qətərin vasitəçiliyi ilə baş tutub. Tərəflər Rusiyadan Ukraynaya 29, Rusiyaya isə Ukraynada və ya "müxtəlif səbəblərdən Avropa İttifaqında olan" 19 nəfər qaytarılacaq.
 
Ukrayna baş tutan danışıqlar barədə məlumat verməyib.
 
Müharibənin lap əvvəlindən Rusiya fəal şəkildə zəbt eydiyi və cəbhəyanı ərazilərdən Ukrayna uşaqlarını Rusiyaya deportasiya edib.
 
Təkcə 2023-cü ildə təsdiq edilən məlumatlara görə, Rusiya Ukraynadan 6 mindən artıq uşağı deportasiya edərək Krım, Sibir və Uzaq Şərqdəki 43 düşərgəyə yerləşdirib.
 
Bu düşərgələrdə balaca ukraynalılar "vərənpərvər" inteqrasiya və hərbi hazırlıq proqramları üzrə siyasi cəhətdən yenidən tərbiyələndirməyə məruz qoyulur.
 
Bu fakt ötən ilin mart ayında Haaqa Beynəlxalq Məhkəməsi tərəfindən Vladimir Putin və Mariya Lvova-Belovanın həbsinə order verilməsi üçün əsas olub.
 
Bir ay keçdikdən sonra Avropa Şurası Parlament Assambleyası (AŞPA) qəbul etdiyi qətnamədə Ukrayna uşaqlarının Rusiya ərazisinə deportasiya edilməsini "soyqırım" adlandırıb.
 
Qətmanədə qeyd edilib ki, bu yerdəyişmənin məqsədi "Ukrayna kimliyinin bütün əlaqələri və xüsusiyyətlərini məhv etməkdir".
 
Həmin ilin oktyabr ayında Qətər müharibə başlanandan Rusiya ərazisinə düşən dörd uşağın qaytarılması barədə danışıqlarda vasitəçi rolunda çıxış edib.
 
O zaman hüquq-müdafiə təşkilatlarının səyləri nəticəsində Rusiyadan Ukraynaya təxminən 400 uşaq qaytarılıb.
Seçilən
37
Mənbələr
Şərh ()
Bağla