AZ

“Zirə” Azərbaycan kubokunun ilk finalçısı oldu - VİDEO

Bu gün Azərbaycan kubokunun finalçıları müəyyənləşir. 

Bizim.Media xəbər verir ki, ilk yarımfinal görüşü Qəbələdə baş tutub. 

“Qəbələ” səfərdə 1:2 hesabıyla uduzduğu “Zirə”ylə bu dəfə doğma meydanda üz-üzə gəlib. Səfərdə inamlı qələbə qazanan “Zirə” adını finala yazdırıb. “Qarabağ” isə səfərdə böyük hesabla qalib gəldiyi “Neftçi”ni bu dəfə mərkəzi arenada sınağa çəkəcək. Ağdam klubunun bu üstünlüyü əldən verməsi inandırıcı görünmür.

Azərbaycan Kuboku

Yarımfinalın cavab oyunları

24 aprel

“Qəbələ” – “Zirə” 0:2

Qollar: Vladislav Kulaç, 58. Rafael Utziq, 84.

Qəbələ şəhər stadionu.

İlk oyun – 1:2.

Qəbələ: 1. Rəşad Əzizli, 11. Asif Məmmədov (k), 2. İlkin Qırtımov, 34. Urfan Abbasov, 28. Murad Musayev, 12. Nicat Əliyev, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 3. Zurab Oçiqava, 9. Əyyub Allaş, 72. Osama Xalayla.

Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 5. Rauf Hüseynli, 71. Sənan Ağalarov, 25. İbrahim Ramazanov, 30. Şahin Şahniyarov, 77. Okan Təhməzli, 27. Eşqin Əhmədov, 10. Klesio Bauk, 99. Ahmed Ayzaya, 17. Yaovi Akakpo.

Baş məşqçi: Kaxaber Sxadadze.

Zirə: 97. Tiaqo Silva, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 11. Rüstəm Əhmədzadə, 29. Ceyhun Nuriyev, 5. Stefan Akka, 9. Vladislav Kulaç, 4. Ruan Renato, 15. Pyer Zebli, 6. Eldar Quliyev.

Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 17. Araz Abdullayev, 77. Məqsəd İsayev, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 21. Hacıağa Hacılı, 24. Sezar Meza Kolli, 44. Dmitrios Çantakias, 23. Rafael Utziq, 28. Abbas İbrahim, 19. Salifu Suma.

Baş məşqçi: Rəşad Sadıqov.
 

 


Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
19
6
Mənbələr
Şərh ()
Bağla