AZ

Tebas qolu dərhal aşkarlama sistemi ilə bağlı mövqeyini açıqladı

İspaniya La Liqasının prezidenti Xavyer Tebas La Liqada qolu dərhal aşkarlama sisteminin mümkün tətbiqinə qarşı mövqeyini əsaslandırıb.

Arena.az “Marca” nəşrinə istinadən, Tebasın bu barədə fikirlərini təqdim edir:

“Bu mükəmməl texnologiya deyil və bu, birinci səbəbdir. Amma bundan daha çoxu var: kabus qolları mövsüm boyu üç-dörd dəfə vurulur və bu sistemin mükəmməl olmadığını əlavə edəndə onun dəyəri çox yüksək olur. Bu, bir dəfə və şübhə ilə istifadə etmək üçün 5-6 milyon dollar sərmayə deməkdir”, deyə Tebas İspaniya La Liqasında qolu dərhal aşkarlama sisteminin yoxluğunu izah edib.

Vurğulanır ki, La Liqa prezidenti hakimlərə kömək məqsədilə daha çox videokamera quraşdırılmasının tərəfdarıdır.

Bundan əvvəl mübahisələrə “Barselona”nın ispaniyalı vingeri Lamin Yamalın “Real” vurduğu və hakimin ləğv etdiyi qol səbəb olmuşdu. Həmin “el klasiko”nu 3:2 hesabı ilə “Real” qazanmışdı.

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla