AZ

"Daha bir yanlışlıq edərsə, İsraildən əsər-əlamət qalmayacaq" - İran prezidenti

"İranın İsrailə qarşı əməliyyatı regionda və beynəlxalq aləmdə strateji nəticələrə gətirib çıxarıb..."
 
Yəhudi dövlətinin ərazisini güclü hücuma məruz qoyduqdan sonra İran İsraili təhdid etməkdə davam edir. 
 
Moderator.az xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisinin Pakistanın Pencab əyalətində universitetdə İsrail rejimini təhdid edən çıxışı sübut edir. Məlumatı İranın İRNA informasiya agentliyi yayıb.
 
"Əgər İsrail daha bir yanlışlığa yol verərsə və İranın müqəddəs torpağına hücum edərsə, vəziyyət başqa cür olacaq  və bu rejimdən nəsə qalacağını bilmək olmaz", - Rəisi deyib.
 
O, qeyd edib ki, İran İsraili Suriyada aprelin 14-də İran konsulluğuna həyasız hücumuna görə artıq cəzalandırıb.
 
Rəisi həmçinin Qərb ölkələrini az qala yeddi ay amansız bombardmanlar nəticəsində 34 mindən artıq insanın həlak olduğu Qəzza bölgəsində İsrail rejiminin törətdiyi soyqırıma dəstək verdiklərinə görə tənqid edib. 
 
"Bu gün insan haqları ən çox pozan amerikalılar və Qərbdir, onların insan haqlarını müdafiə etmək iddiaları isə boş şeydir", - o, deyib.
 
Bu gün həm də İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-mayor Məhəmməd Bahəri bəyan edib ki, İranın İsrailə qarşı əməliyyatı regionda və beynəlxalq aləmdə strateji nəticələrə gətirib çıxarıb və indi İran vəziyyətin bundan sonrakı mümkün inkişaf ssenarilərini diqqətlə təhlil edir.
Seçilən
16
Mənbələr
Şərh ()
Bağla