AZ

Vasitəçisiz danışıqlar: Sülh müqaviləsinə kimlər mane olur? (VİDEOMÜSAHİBƏ)

Bakı. Trend:

Proseslər onu göstərir ki, Azərbaycan və Ermənistan ikitərəfliformada daha müsbət nəticələr əldə edirlər. Aprelin 19-da keçirilənAzərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyasıüzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasındadövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyiməsələləri üzrə Komissiyanın səkkizinci görüşündə əldə edilənnəticələr də ikitərəfli görüşlərin daha səmərəli nəticələrverdiyini, vasitəçilər olduqda isə prosesin uzandığınıgöstərir.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən siyasi şərhçi ElşadHəsənov deyib ki, son dövrlərdə Azərbaycan və Ermənistan arasındaaparılan birbaşa danışıqlar daha müsbət nəticələr verir.

“Yəni üçüncü tərəfin iştirak etmədiyi danışıqlar daha müsbətnəticələr verir. Hesab edirəm ki, bu praktika davam etdiriləcək.Azərbaycan sülhə hazırdır və öz təkliflərini verib”, - deyəE.Həsənov əlavə edib.

Daha geniş videomüsahibəni təqdim edirik:

Məqalədə:
Seçilən
65
2
Mənbələr
Şərh ()
Bağla