AZ

MKT-ya 125 min vergi borcu hesablandı, şirkət məhkəməyə üz tutdu

“Xalq-City” Mənzil-Tikinti Kooperativi (MKT) ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi arasında vergi məsələlərinə dair mübahisə yaranıb. 

Valyuta.az xəbər verir ki, MKT bu mübahisədən dolayı məhkəməyə müraciət edib. 

Şirkətin iddiasına Sumqayıt İnzibati Məhkəməsində baxılacaq. 

İş hakim Ceyhun Məmmədovun icraatındadır. 

Araşdırmalarımız zamanı məlum olub ki, “Xalq-City” MTK-ya 125 896 manat vergi borcu hesablanıb. 

İddia olunur ki, mübahisə bununla bağlıdır. 

Hüseyn

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla