AZ

Castin Bieberin dostu güllələnib

Castin Biber və Kellinin yaxın dostu olan amerikalı reper Kris Kinq Tennessi ştatının Neşvill şəhərində öldürülüb. Reperin oğurluğa cəhd zamanı soyğunçular tərəfindən öldürüldüyü bildirilir.

 

Sfera.az bildirir ki, əsl adı Christopher Cheeks (Kristofer Çiks) olan Kris Kinq festivalda çıxış etmək üçün Neşvilə gəlib.

 

Gecə dostları ilə gəzərkən 3 naməlum şəxs onları soymağa cəhd edib. Şahidlər atəş səsləri eşitdiklərini bildiriblər. Həm Kinq, həm də onun 29 yaşlı dostu atəşə tutulub. Dostu yaralı olaraq xəstəxanaya gətirilib və ona lazımi tibbi yardım göstərilib. Onun vəziyyəti qənaətbəxşdir, Kinq isə xəstəxanaya gətirilən zaman yolda vəfat edib.


Qeyd edək ki, Kinq əvvəllər Bieberlə təxminən on il əvvəl bir yerdə yaşayıb. Bieber İnstaqram hekayəsində:

 

“Səni sevirəm, qardaş. Çox ağrıdır. Cənnətdə görüşənədək qardaş" - sözlərini yazıb.


Kelli şərhlərdə "Kris möhtəşəm insan idi" yazıb.

 

Aprelin 8-də Kinq özünün son treki olan "Seeing Double Seeing Double" adlı mahnısını buraxıb. Reper həm də “Snotty Nose Records”un yaradıcısı olub.

 

Aynil

Sfera.az

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla