AZ

Kaxaber Tsxadadze nəyə ümid edir: “Mövsümün sonunu gözləyək”

“Hər şey göz qabağında idi. Layiq olan komanda qalib gəldi”.

İdman.biz xəbər verir ki, bunu “Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze deyib.

Gürcü mütəxəssis Azərbaycan kubokunun yarımfinalında “Zirə”yə məğlubiyyəti şərh edib: “Rəqib həm yaxşı oynadı, həm də xarakter göstərdi. "Zirə" hazırda yüksəliş dövründədir. Belə komanda yaratdığı üçün Rəşad Sadıqovu təbrik edirəm. Öz vəziyyətimizə isə təəssüflənirəm. Mövsümün sonunu gözləyək. Klub rəhbərliyi ilə münasibətlərim yaxşıdır. Klubun bu vəziyyətdə olması həm bizi, həm də sizi məyus edir. Komanda sonuncu yerdədir, kubokda mübarizəni dayandırdı. Vəziyyət çətindir. Amma mənim həmişə devizim belə olub ki, komanda hansı vəziyyətdə olsa da, müqavilə şərtlərinə əməl etməlisən. Futbolçular da peşəkar olduqları üçün öz işlərini sona kimi görməlidir".

Kaxaber Tsxadadze Premyer Liqada qalma ehtimalı ilə bağlı suala cavab verib: “Deyiləcək sözüm yoxdur. Bu, mənim səlahiyyətlərimə daxil deyil. Mənim öz işim var. Belə durumda olmağımız əzabvericidir. Amma fakt faktlığında qalır. Görək nə baş verir”.

Qeyd edək ki, “Qəbələ” həm səfərdə (1:2), həm öz meydanında (0:2) uduzaraq, finala vəsiqə qazana bilməyib.

İdman.biz

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla