AZ

"Neftçi"nin adı gəldi, say artdı - FOTOLAR

Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində "Qarabağ" əzəli rəqibi "Neftçi"ni qəbul edir.

Qarşılaşmaya maraq gözləniləndən böyükdür.

"Köhlən atlar"ın əvvəlki ev oyunlarında Tofiq Bəhramov adına Respublika stadionu "çılpaq" görünürdüsə, bu dəfə tribunalarda 2 mindən artıq futbolsevər yerini tutub.

Bu da heç şübhəsiz komandalar arasında illərdir davam edən prinsipiallığa görədir.

"Neftçi" azarkeşlərinin "ağ-qaralar"ı boykot etdiyini nəzərə alsaq, stadiona toplaşanların "Qarabağ"ı dəstəklədiyini deməliyik.

Maraq üçün bildirək ki, komandalar arasında baş tutan ilk oyunda ağdamlılar 4:0 hesabı ilə qalib gəlib.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
68
Mənbələr
Şərh ()
Bağla