AZ

“Mənim üçün fərqi yoxdur, AFFA prezidenti kim olur olsun”

“Məncə, futbola yanaşma sistem olaraq dəyişməlidir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin sabiq idman direktoru Ceyhun Sultanov deyib.

Hazırda menecer kimi fəaliyyət göstərən və qısa müddətdə sosial şəbəkə fenomeninə çevrilən eks funksioner AFFA rəhbərliyində həyata keçirilən son dəyişikliyin təsiri haqda danışıb:

“Birinci növbədə uşaq futboluna diqqət artmalıdır. Düzgün istiqamətdə iş qurulmalıdır.

Maliyyə vəsaiti lazım olan sahələrə ayrılmalıdır. Belə, mənim üçün fərqi yoxdur, AFFA prezidenti kim olur olsun.

Təki real inkişaf olsun. Futbolda da böyük uğurlar görək”.

Aprelin 2-də AFFA-nın yeni prezidenti müəyyənləşib. Milli assosiasiyanın növbəti Konfransında 35 səshüquqlu nümayəndə arasında səsvermə keçirilib.

Quruma yeni rəhbər Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf seçilib.

Seçilən
63
Mənbələr
Şərh ()
Bağla